01 Oktyabr 2024
Ölkə futbolu

“Araz Naxçıvan” rəhbərliyi Naxçıvana qayıtmaq istəmir? – “Onların Bakıda oynaması xoşagəlməz haldır”

“CBC Sport”da yayımlanan “Bizim futbol” verilişində “Araz Naxçıvan” klubunun ev oyunlarını Naxçıvanda keçirib-keçirməyəcəyi müzakirə edilib.

İdmanxeber.az-ın məlumatına görə, verilişin qonağı olan PFL rəsmisi Elgiz Abbasov Naxçıvan təmsilçisinin Bakıda oynamasının səbəblərini açıqlayıb:

“Biz də istəyirik ki, komandalar təmsil etdikləri bölgədə çıxış etsinlər. “Araz Naxçıvan”ın Bakıda oynaması bizim üçün də xoşagəlməz haldır. Ancaq biz bunu fors-major hal kimi dəyərləndirmişik. Bu gün Naxçıvan Muxtar Respublika stadionu Premyer Liqa oyunlarını keçirmək üçün uyğun deyil. Stadionun infrasturkturu, əsas və yardımcı otaqlar, işıqlandırma sistemi standarlara cavab vermir.

Biz ötən il həmin stadionda geniş tərkibli təşfiş həyata keçirdik. Lazım olan bütün məqamları aidiyyatı şəxslərə təqdim etdik. Açıq şəkildə hansı nöqsanların aradan qaldırılacağı təqdirdə, oyunların Naxçıvanda keçiriləcəyini bildirdik. Amma bundan sonra bizə hər hansı bir geridönüş olmayıb. Əgər klub bununla bağlı açıqlama veribsə, bunun özünü də irəliyə doğru atılmış addım hesab etmək olar. Ümid edirik ki, onların dedikləri əməldə də öz əksini tapar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43