“Malmö” braziliyalı müdafiəçisi Qabriel Busanellonu “Qarabağ” oyunu üçün riskə atmayıb.
İdmanxeber.az-ın məlumatına görə, oyunçu 25-ci turda “Myalbü”yə qarşı görüşü (2:0) kənardan izləyib. Baş məşqçi futbolçuya “Qarabağ”la oyun ərəfəsində dincəlmək imkanı verdiklərini bildirib.
“Qarabağ” – “Malmö” matçı oktyabrın 3-də Tofiq Bəhramov stadionunda keçiriləcək və görüşə saat 20:45-də start veriləcək.