Kateqoriyasız

50 milyonuncu vətəndaşın istəyinə uyğun Qurban Qurbanovdan xahiş etdilər ki…

“ASAN xidmət”ə 50 milyonuncu vətəndaş müraciətinin qeydə alınması ilə bağlı tədbir keçirilib.

İdmaneber.az-ın məlumatına görə, bu haqda “ASAN Xidmət” məlumat yayıb. Bu müraciət 6 saylı Bakı “ASAN xidmət” mərkəzinə Turan Haşımov tərəfindən edilib.

Bu münasibətlə təşkil olunan tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Fuad Qarayev iştirak edib. Turan Haşımova hədiyyə və təşəkkürnamə təqdim olunub. Balaca Turandan onun maraq dairəsi ilə bağlı soruşulub və  idmana, xüsusilə futbola olan istəyi nəzərə alınaraq “ASAN xidmət” tərəfindən “Qarabağ” futbol klubunun üzvləri də tədbirə dəvət ediliblər.

​Baş məşqçi Qurban Qurbanov və komandanın üzvləri tərəfindən 50 milyonuncu müraciətin sahibi kimi Turana klubun forması və top hədiyyə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43