Kateqoriyasız

Mahir Emreli üçün “Dinamo”da debüt şansı

Xorvatiyanın “Dinamo” klubuna transfer olunan Mahir Emrelinin növbəti turda komandasında debüt edə bilər.

İdmanxeber.az-ın məlumatına görə, Zaqreb klubunun qrafiki olduqca sıxdı. elə ki, komanda 15 gün ərzində 5 vacib oyuna çıxacaq ki, bunların arasında “Sevilya” ilə oyun da var. Məhz bu səbəbdən “Dinamo”nun baş məşqçisinin rotasiyaya getməsi gözənilir.

Xorvatiya mətbuatı yazır ki, “İstra” ilə görüşdə komandanın hücumçusu Bruno Petkoviç 4-cü xəbərdarlıq alaraq cəzalı duruma düşdüyü üçün növbəti turda meydana Emreli çıxacaq. Artıq futbolçumuzun adı 23-cü turun “Qoritsa” ilə matçın iştirak ərizəsində yer alacaq.

Qeyd edək ki, fevralın 12-i keçiriləcək “Dinamo” – “Qoritsa” görüşü Bakı vaxtı ilə saat 20:05-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43