İdman

“Araz Naxçıvan” ölkə kubokunun qalibi oldu

Futzal üzrə Azərbaycan kubokunun qalibi məlum olub.

İdmanxeber.az xəbər verir ki, “Araz-Naxçıvan” final matçında “Baku Fire” ilə üz-üzə gəlib. 5:5 hesabı ilə başa çatan oyunda penaltilər seriyasında “Araz-Naxçıvan” 5:4 hesabı ilə qalib gələrək kuboka sahib olub.

Naxçıvan təmsilçisi bu mövsüm Yüksək Liqanın da qalibi olub. “Baku Fire” isə ötən mövsüm Azərbaycan kubokunu qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43