Dünyadan

Musa Qurbanlı İsveç klubunda növbəti dəfə fərqləndi

İsveçin “Yurqorden” klubunda çıxış edən Musa Qurbanlı bu komandada növbəti qolunu vurub.

İdmanxeber.az-ın məlumatına görə, millimizin futbolçusu bu klubun U-21 komandasının heyətində “Deqerfors”a qarşı Elit Liqa Kuboku matçında fərqlənib.

Əsas heyətdə meydana çıxan və əvəzlənmədən meydanda olan Musa komandasının 4:2 hesabı ilə qalib gəldiyi matçda ilk qolun müəllifi olub.

Qeyd edək ki, Musanın yayda “Yurqorden”dən ayrılması gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43