PSJ qapıçı Canluici Donnarumma ilə müqaviləni uzatmaq niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, parislilər 25 yaşlı italiyalı ilə 2023/24 mövsümü başa çatdıqdan sonra danışıqlar aparmağa hazırlaşır. Klub rəhbərliyi qapıçını komandanın kapitanı edə bilər.
Donnarumma 2021-ci ilin iyul ayından PSJ-də çıxış edir. 2023/24 mövsümündə o, bütün yarışlarda 40 matçda iştirak edib, 36 qol buraxıb və 16 matçda qapısını toxunulmaz saxlayıb.
Qapıçının Fransa klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir.