“Barselona”nın hücumçusu Joao Feliks Kataloniya klubunu tərk edə bilər.
İdmanxeber.az-ın məlumatına görə, futbolçunun hüquqları “Atletiko”ya məxsusdur. Komanda rəhbərliyi portuqaliyalıların birdəfəlik almaqda maraqlı deyil.
“Barselona”nın maliyyə problemləri var və Feliks üçün 60-70 milyon avro ödəmək imkanı yoxdur.
24 yaşlı futbolçu bu mövsüm La Liqada 7 qol vurub, 3 məhsuldar ötürmə edib.