“Çelsi” yayda heyətini yeni qapıçı ilə gücləndirməyi düşünür.
İdmanxeber.az-ın məlumatına görə, “zadəganlar” “Atletiko” qapıçısı Yan Oblakı rənglərinə bağlamaqda qərarlıdı.
Sloveniyalı qolkiper özü də Premyer Liqada oynamağa müsbət yanaşır. Ən qısa zamanda “Çelsi”nin Madrid klubuna təklif göndərəcəyi bildirilir.