“Real” və PSJ Anxel Di Mariyanın transferini razılaşdırıblar. Bu barədə tanınmış idman jurnalisti Tankredi Palmeri xəbər verib.
Keçid 65 milyon avroya həll olunacaq. Transferin reallaşması üçün PSJ Lavessi, Pastore və ya Kavanidən birini satacaq. Məhz bundan sonra “Real”a tələb edilən pul ödəniləcək.
Yeni həftənin ilk günlərində transfer rəsmən açıqlanacaq. Son mövsümdə Di Mariya “Real”ın heyətində 45 oyunda 22 məhsuldar ötürmə etmişdi.