“Rumıniyanın ÇFR klubundan ayrılmağım düzgün xəbərdi. “Vasluy”la oyundan sonra klub rəhbərliyi ilə aramızda fikir ayrılığı yarandı. Bu üzdən sonuncu turda qələbə qazanmağımıza baxmayaraq, qarşılıqlı razılıqla komandadan ayrıldım”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın sabiq çalışdırıcısı Mirça Rednik deyib.
Uelsli mütəxəssis Con Toşakın uğursuzluğu fonunda Rednikin yenidən “Xəzər Lənkəran”a gələcəyi deyilir.
Bəs görəsən, bu məsələ nə dərəcədə doğrudur?
Rumıniyalı məşqçi əməkdaşımızla söhbətində bunu nə təsdiq, nə də təkzib edib: “Xəzər Lənkəran”a qayıtmaq? Bu haqda hələ danışmaq istəmirəm. Ancaq zamanı çatanda hər şeyi deyəcəm”.
Qeyd edək ki, Rednikin vaxtında ÇFR “Botoşani” (0:0), “Poli” (2:2), “Vasluy” (0:4) və “Viitorul”la (2:1) qarşılaşıb. Kluj təmsilçisi yoxlama oyununda isə 3-cü liqa klubu olan Dej “Unirya”sını 15:0 məğlubiyyətə uğradıb.