Transfer çalışmalarını davam etdirən “Beşiktaş” növbəti transferini reallaşdırmağa çox yaxındır.
Türkiyə mətbuatında yayılan xəbərlərə görə,”qara-qartal” “Milan”da çıxış edən Luka Antonini ilə anlaşıb. İspan klublarından da təklif alan sol cinah müdafiəçisinin “Beşiktaş”ın təklifinə “hə” dediyi və qarşıdaki günlərdə Türkiyəyə təşrif buyuracağı bildirilir. Futbolçu ilə 3 illik müqavilənin imzalanması nəzərdə tutulur.