“Simurq”la görüş sonrası bir günlük istirahətə buraxılan “Xəzər Lənkəran” bu gün məşqlərini bərpa edib.
Səhər saatlarında Lənkərandakı bazasının ehtiyat meydançasında məşqə çıxan komanda saat yarımlıq hazırlığını ciddi itkilərlə davam etdirib. Belə ki, 6 futbolçu milli komandaların düşərgəsində olduğundan komanda ilə birlikdə deyil. Elnur Allahverdiyev, Rahid Əmirquliyev, Rasim Ramaldanov əsas millinin düşərgəsindədirsə, Ağabala Ramazanov, Kamran Abdullazadə və Elnur Cəfərov da müxtəlif aşağı yaş qrupları üzrə millilərin hazırlığına qatılıb. Bununla yanaşı, daha ciddi itki komandanın qapıçı mövqeyində yaşanır. Sol diz nahiyəsində olan zədəsinin yeniləyən Orxan Sadıqlı məşqlərdən kənarda qalıb və belə də bir neçə gün öncə məşqdə zədələnən Duqlas Leytedən sonra bütün ümidlər gənc qapıçı Tərlan Qasımzadəyə qalıb. Toşakın rəhbərliyi altında hazırlığını sürdürən “Xəzər Lənkəran” avqust ayının 15-də “Qarabağ”la görüş üçün Bakıya yola düşəcək