“Xəzər Lənkəran”ın 3 yeni futbolçu ilə güclənəcəyini bir az öncə xəbər vermişdik.
Artıq sözügedən futbolçuların hansı mövqe oyunçusu olduğunu da dəqiləşdirə bilmişik.
“Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu idmanxeber.com saytına açıqlamasında bildirib ki, həmin 3 oyunçu yarımmüdafiəçi olacaq:
“Bu 3 transferimizin ikisi sol-sağ yarımmüdafiəçisidi. Digər bir nəfər isə dayaq yarımmüdafiəçisi kimi çıxış edir”.