UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”la avqustun 22-də qarşılaşacaq Almaniyanın “Ayntraxt” klubunun azarkeşləri komandalarının baş məşqçisi Armin Fenin itefası üçün imza toplayır.
Belə ki, alman azarkeşlər Bundesliqanın ilk iki turunda “Herta” (1:6) və “Bavariya”ya (0:1) uduzan komandanın çalışdırıcısının istefaya göndərilməsi üçün imza toplamağa və rəhbərliyə göndərməyə hazırlaşırlar.
Frankfurt azarkeşləri sadəcə “Qarbağ”la oyunu gözləyirlər. Əgər “Qarabğ” səddi aşılamasa və qrup mərhələsinə vəsiqə qazanılmasa çalışdırıcı 2011-ci ildən tutduğu postu tərk etmək təhlükəsi ilə üzləşəcək.