10 Dekabr 2023
Kateqoriyasız

“Qarabağ” – “Ayntraxt” matçının hakimləri müəyyənləşdi

UEFA Avropa liqasının pley-off mərhələsi çəçivəsində avqustun 22-də keçiriləcək “Qarabağ” – “Ayntraxt” oyununun hakimləri müəyyənləşib.

Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı Şimon Marniçiakın rəhbərlik etdiyi polşalı hakimlər briqadası idarə edəcək. Ona Pavel Sokolniçki və Tomas Listkieviç kömək edəcəklər.

Matçın UEFA nümayəndəsi Türkiyə Futbol Federasiyasından Süheyl Önəndir.

Qeyd edək ki, oyun saat 21.00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43