“Qalatasaray” klubu transfer çalışmalarını davam etdirir.
Türkiyə mətbuatının yaydığı məlumata görə, Yohan Elmanderin gedişindən sonra “cim-bom” rəhbərliyi onun yerini doldurmaq üçün “Fiorentina”da forma geyinən serbiyalı futbolçu Adem Lyaçiç danışıqlar aparır.
Məlumatda bildirilir ki, futbolçu “Qalatasaray”a keçməyə razıdır. Ancaq italyan təmsilçisi futbolçu üçün 12 milyon avro tələb edir. Bu transfer baş tutarsa, “Qalatasaray”da legioner sayısı 10 olacaq.