“Hələ ÇFR-dən rəsmən ayrılmamışam. Gələn həftənin bazarertəsi günü rəhbərliklə yekun görüşümüz olacaq. Hələ müqaviləyə rəsmən xitam verilməyib. Növbəti həftə hər şey rəsmiləşəcək” – bu sözləri “Sport Favorit”ə “Xəzər Lənkəran”ın keçmiş baş məşqçisi deyib.
Bu günlərdə ÇFR-lə müqaviləsini gözlənilmədən pozan tanınmış mütəxəssis Con Toşakı əvəzləyəciyi ilə bağlı sualdan yayınıb. “Neftçi”də heç vaxt işləmərəm!» söyləyən rumıniyalı çalışdırıcı yaxınlarda Bakı klublarının birindən təklif aldığını açıqlayıb:
“Gəlin, bu söhbətə burda nöqtə qoyaq. Çox danışdıq. Onsuz da o klubun adını deməyəcəm. Artıq hər şey geridə qalıb. Daha bəsdi. Çox danışmaq istəmirəm. Siz, demək olar ki, məndən müsahibə aldız. Kifayət qədər çox sual verdiz”