“Böyük oyun”dan sonra düşən qalmaqal səbəbi ilə “Fırtınalar meydanı”nda saxlanılan “Neftçi” azarkeşləri az öncə təhlükəsizlik xidmətinin nəzarəti altında paytaxta yola salınıblar.
İdmanxeber.com-un Lənkərana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, polislər “ağ-qaralı” fanatların qarşısına şərt qoyublar. Belə ki, paytaxt klubunun fanatları əyinlərindəki “Neftçi” formalarını tərs üzünə çevirərək geyinməli olublar.