Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yekun vurulacaq.
Baş tutacaq 5 oyundan sonra qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşəcək.
"Neftçi" qənimi "Skenderbeu"nu mübarizədən kənarlaşdıran Qazaxıstanın "Şaxtyor" (Karaqandi) klubu qrup mərhələsinə çox yaxındır. Belə ki, öz meydanında Şotlandiya "Seltik"ini 2:0 hesabı ilə məğlub edən son Qazaxıstan çempionu səfərdə ən azı bu üstünlüyünü qorumağa çalışacaq. "Seltik"in buna nə dərəcədə imkan verəcəyi böyük maraqla gözlənilir.
Səfərdə "Pakos de Fereyra" (Portuqaliya) klubunu 4:1 hesabı ilə məğlub edən "Zenit" üçün cavab görüşü formal xarakteri daşıyacaq. Digər oyunlara gəldikdə isə "Maribor" (Sloveniya) evdə "Viktoriya" (Çexiya), "Real Sosyedad" (İspaniya) isə "Lion"u qəbul edəcək. İtaliya nəhəngi "Milan" klubu doğma meydanda PSV (Hollandiya) ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, artıq dünən baş tutan 5 oyundan sonra "Arsenal" (İngiltərə), "Şalke" (Almaniya), "Bazel" (İsveçrə), "Styaua" (Rumıniya) və "Avstriya" (Avstriya) klubları qrup mərhələsinə vəsiqəni təmin ediblər.
“Zenit” (Rusiya) – “Pakuş Fereyra” (Portuqaliya) – 4:2 (4:1)
Qollar: Danni, 29, 48, Buxarov, 66, Arşavin, 78 – Manuel Joze, 67, Karlao, 83
“Seltik” (Şotlandiya) – “Şaxtyor” (Qazaxıstan) – 3:0 (0:2)
Qollar: Kommons, 45, Samaras, 48
“Real Sosyedad” (İspaniya) – “Lion” (Fransa) – 2:0 (2:0)
Qollar: Vela, 67; 90
“Milan” (İtaliya) – PSV (Hollandiya) – 3:0 (1:1)
Qollar: Boatenq, 9; 77, Balotelli, 55
“Maribor” (Sloveniya) – “Viktoriya” (Çexiya) – 0:1 (1:3)
Qol: Tekl, 3