Xəzər Lənkəran” daha bir futbolçunu heyətinə cəlb etdi. Braziliyalı hücumameyilli yarımmüdafiəçi Deyvid Frank Silva Sakkoni bu gün komandanın sıralarına qoşuldu.
26 yaşlı futbolçu Braziliyanın A və B seriyalarında oynayan müxtəlif komandların heyətində çıxış edib. 3 il “Palmeiras”ın uğurları üçün çalışan Deyvid, sonradan “Qoias”, “Qremio”, “Nautiko” və son iş yeri olan “Branqantino” klubunun da formasını geyinib.
Klubla Deyvid Sakkoni arasında bir illik müqavilə imzalanıb.