Türkiyədə təlim-məşq toplanışını yekunlaşdıran “Araz” artıq Naxçıvana qayıdıb.
Birinci divizionun başlanmasına az bir zaman qalmış heyətini daha bir yerli
futbolçu ilə gücləndirən Naxçıvan təmsilçisi son mövsümü “Qarabağ”da keçirən Bəxtiyar
Soltanovu sıralarına qatıb. Naxçıvana gələn Bəxtiyarla artıq müqavilə
bağlanılıb.
Bəxtiyar Soltanovun bu mövsümün sonunda “Qarabağ”la müqaviləsi bitdiyindən “Rəvan”la
anlaşmışdı. Lakin Vladislav Qədirovun “Rəvan”ın “sükanı” arxasına gətirilməsindən
sonra bu komandadan ayrılan hücumçu bundan sonra “Araz”ın uğurları üçün tər tökəcək.