"Xəzər Lənkəran"ın baş məşqçisi Con Benjamin Toşak "Real"ın yeni transferi Qaret Beyl haqda danışıb.
64 yaşlı çalışdırıcı "Marca"ya açıqlamasında qeyd edib ki, hətta kor adam belə uelsi Beyldə fərqli bir şeylər olduğunu görə bilər:
"O, hər mənada peşəkardır. Gənc yaşında zədələnməsi Beyli daha güclü etdi. Mən 17 yaşında onun kimi istedadlı futbolçu görməmişdim. Beyl, Messi və Ronaldoya yaxınlaşır. Neymardan isə daha yaxşıdı. Əgər indi 100 milyon avroya layiq futbolçu varsa, o da Beyldir".