Premyer Liqanın V turu çərçivəsində “İnter”i məğub edən “Simurq” 4 günlük istirahətə buraxılmışdı.
Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən maksimum istifadə etmək istəyən Zaqatala təmsilçisi dünən Gürcüstana yollanıb.
Əyalət təmsilçisi ayın 9-dək adıçəkilən ölkədə qalacaq. Burada bir yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulur. Rəqibin kim olacağı məlum deyil.