Braziliya millisinin və "Real"ın aparıcı üzvlərindən olan Marselo zədələnib.
Avstraliya və Braziliya millisi arasında keçirilən yoldaşlıq görüşündə birinci hissənin sonlarında meydandan çıxan futbolçunun sol ayağında problem olduğu müəyyənləşib.
Marselonun zədəsinin nə qədər ciddi olub-olmadığı tibbi müayinədən sonra bəlli olacaq, amma ilkin məlumata görə, futbolçu iki həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, bu görüşdə Braziliya millisi 6-0 hesabı ilə rəqibini darmadağın edib.