Bir neçə gün bundan öncə I Divizionunun püşkatma mərasimi keçirilmişdi. Mərasim zamanı çempionatda 15 komandanın iştirak edəcəyi qeyd olunmuşdu.
Lakin 16-cı komandanın da mübarizəyə qoşulacağı bildirilir. "MKT-Araz" da I Divizionda mübarizə aparacaq. Klubun mübarizəyə qoşulma qərarı isə AFFA tərəfindən verilib. Komandanın bu gün yığıldığı bildirilir. Püşkatmaya əsasən isə ikinci turdan mübarizəyə qoşulacaq "Şəmkir" ilk turda "MKT-Araz"la qarşılaşacaq.