Dünya futbolu

“Mən heç vaxt Özili satmazdım””

“Vilyarreal”ın baş məşqçisi Marselino Qarsiya Toral “Real”ın Məsut Özili satmasına fikrini bildirib:

İspan məşqçi  “Real”ın Özilin yoxluğunu hiss edəcəyini deyib:

“Real”ın Özili niyə görə satdığını anlamıram. Qarşısına yüksək hədəflər qoyan komanda öz mövqeyində dünyanın ən yaxşı futbolçulardan birini satanda, bunu anlamaq çox çətin olur. Cəmi 24 yaşı var idi. “Real” onun yoxluğunu hələ hiss edəcək.

İsko? O, çox yaxşı futbolçudur, lakin Özil kimi deyil. Onlar fərqli futbolçulardı, bir-birini əla tamamlamış olardılar. Mən heç vaxt Özili satmazdım”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43