08 İyul 2026
Dünya futbolu

Arda start heyətdə başlayacaq

Arda Güler La Liqanın 34-cü turunda keçiriləcək “Kadis” ilə görüşə əsas heyətdə başlayacaq.

İdmanxeber.az məlumat verir ki, bu barədə “Real”ın baş məşqçisi Karlo Ançelotti deyib. İtaliyalı mütəxəssis “Real Sosyedad” ilə görüşdə olduğu kimi bu oyunda da Ardanın start heyətində olacağını açıqlayıb.

Arda ötən həftə keçirilən görüşdə oyundakı yeganə qolunu vuraraq komandasına qələbə qazandırmışdı.

”Real” – “Kadis” görüşü sabah Bakı vaxtıyla saat 18:15-də start götürəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43