Ölkə futbolu

Azərbaycan millilərinin rəqibləri bəlli oldu

Azərbaycanın futbol üzrə U-17 və U-19 millilərinin Avropa çempionatının 2024/2025 mövsümü üzrə birinci mərhələsindəki rəqibləri müəyyənləşib.

İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutub.

U-17 Macarıstan, Yunanıstan və Rumıniya ilə 6-cı qrupda mübarizə aparacaq. Turnirin final mərhələsi 2025-ci ildə 8 komandanın iştirakı ilə Albaniyada keçiriləcək.

U-19 isə İrlandiya, İslandiya və Moldova ilə 7-ci qrupda mübarizə aparacaq. Yarışın final mərhələsi 2025-ci ildə 8 komandanın iştirakı ilə Rumıniyada keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43