Ölkə futbolu

Ozan Can oynadı, komandası uduzdu

Milli komandasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” Niderland birinci divizionunda növbəti oyununa çıxıb.

İdmanxeber.az xəbər verir ki, komanda 37-ci turda səfərdə “Helmond Sport”la qarşılaşıb və oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Ozan Can da bu oyunda iştirak edib. O, meydana start heyətdə çıxıb və sona qədər oynayıb.

Qeyd edək ki, hazırda “Eyndhoven” 40 xalla 15-cidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43