Dünya futbolu

Pioli “Napoli”ni çalışdıra bilər

Stefano Pioli “Napoli”ni yeni mövsümdə çalışdırmağa əsas namizəddir.

İdmanxeber.az məlumat verir ki, 58 yaşlı mütəxəssisin mövsümün sonunda “Milan”da ayrılacağı gözlənilir.

Neapol klubunun prezidenti Aurelio xe Laurentis klubu Pioliyə əmanət etmək istəyir. Əgər onla razılığa gələ bilməsələr, digər namizəd hazırda “Fiorentina”nı çalışdıran Vinçentso İtalyanodur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43