"Elazığspor"un baş məşqçisi Yılmaz Vural ölkəsinin mətbuatına maraqlı açıqlamalar verib.
O, 2007-ci ildə "Antaylaspor"u çalışdırdığı dönəmdə komandasının aşağı liqaya düşməsinə dözə bilməyib və intihara cəhd edib, amma polislər buna mane olub.
“Özümə qəsd edirdim. Bu hadisədən o qədər təsirləndim ki… Doğrudu, rəsmən intihar edirdim, amma 15 polis gəlib, silahı əlimdən aldılar. Doğru söyləyirəm, zarafat deyil. Gedişatı dəyişməyə çalışırdım, amma alınmırdı".