“Müdafiə xəttinə yeni oyunçu lazımdı. Bu işlərlə Mario Souza məşğul olur”.
Bu sözləri idmanxeber.com-a “Xəzər Lənkəran” klubunun icraçı direktoru Höccət Hacıyev deyib.
Klub rəsmisi bildirib ki, əgər rəhbərlik istəsə o zaman yeni transfer baş tuta bilər:
“Bizə azad agent statusuna malik futbolçu lazımdı. Əgər rəhbərlik istəsə yeni futbolçu alınacaq. Ancaq bugünkü gündə dəqiq nəsə demək çətindi. Hələ ki, yeni bir şey yoxdu”.