“Rəvan” Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində “Qəbələ” ilə üz-üzə gələcək.
Klub saytına istinadən verdiyimiz məlumata görə, “aslanlar” artıq bu oyuna hazırlığı başa vurub.
Yol yorğunluğunu təxminən 2 saatlıq istirahətlə çıxardıqdan sonra Qəbələ şəhər stadionuna yollanan komanda 1 saata yaxın müddətdə məşq edib. Futbolçuların isinmə hərəkətləri ilə start götürən hazırlıqda toplu çalışmalara daha böyük diqqət ayrılıb. Ardından “kvadratlar”la dar sahədə topu özündə saxlamaq qabiliyyətini nümayiş etdirən, asmaların qapanması və qapıya zərbələr üzərində işləyən futbolçular oyuna hazırlığı tamamlayıb.
Qeyd edək ki, “Qəbələ” ilə oyun sabah saat 17:00-da başlayacaq. Görüş “İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq.