Əvəzedici heyətlərin ölkə birinciliyində 7-ci tura yekun vurulub.
Turun son oyununda “Xəzər Lənkəran” səfərdə AZAL klubunu məğlub edib – 2:1.
Paytaxt klubunun heyətində Qurbanəli Əliyev (45), cənub təmsilçisini heyətində isə Elvin Mirzəyev (19) və Eduard Oriol (d.87) fərqləniblər. Bu nəticədən sonra “Xəzər Lənkəran” turnir cədvəlində ikinci pilləyə yüksəlib.