Dünya futbolu

“Dənizlispor”un adı rəsmən dəyişdi

Arfi İsayevlə Saşa Yunisoğlunun çıxış elədiyi “Dənizlispor”un adı dəyişdirilib.

Türkiyə PTT 1-ci liqasında mübarizə aparan Dənizli klubu bundan sonra “Tekden Dənizlispor” adlanacaq. Bu gün klubla Özəl Tekden Xəstəxanası arasında ad haqqı və forma sponsorluğu ilə bağlı müqaviləyə imza atılıb.

“Dənizlispor” adını və forma reklamını xəstəxanaya 3.6 milyon lirəyə satıb. Anlaşmanın müddəti 3 ildi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43