Premyer Liqa

Milinko Pantiç: “Mən prezidentimizə söz vermişəm ki, hakimlikdən danışmayacağam”

Premyer Liqanın VI turu çərçivəsində səfərdə “İnter”lə heç-heçə (2:2) edən “Bakı”nın baş məşqçisi Milinko Pantiç oyunsonrası mətbuat konfrasında maçt haqda fikirlərini bölüşüb:

Düzünu desəm oyuna biz nəzarət edirdik. Bir səhvdən “İnter” bərabərlik qolunu vurdu. Yenidən hesabda önə keçsəkdə, əlimizdə olan oyunda iki xal itirdik. Bu nəticə bizə məğlubiyyət kimidi”.

Pantiç hakim idarəçiliyi barədə bunları dilə gətirib:

“Mən prezidentimizə söz vermişəm ki, hakimlikdən danışmayacağam. Hamı gördü ki, yan xətt hakimi bayrağı bir dəqiqədən çox havada saxladı. Ancaq qol vurulduqdan sonra hakim bayrağı aşağı saldı, heç nə olmamış kimi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43