09 İyul 2026
Ölkə futbolu

Dəyəri yarım milyon olan futbolçu Azərbaycan klubundan vaxt istədi

Bosniya və Herseqovinanın “Tuzla Siti” klubundan azad agent kimi ayrılaraq “Araz Naxçıvan”a qoşulan Miço Kuzmanoviçə Naxçıvan təmsilçisi yeni müqavilə təklif edib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, geridə qalan 32 tur ərzində özünü yaxşı tərəfdən göstərən 28 yaşlı yarımmüdafiəçiyə daha 1 illik sözləşmə təklif olunub. 

“Transfermarkt” saytında dəyəri 500 min avro kimi dəyərləndirilən təcrübəli futbolçu “Araz Naxçıvan”dan fikirləşmək üçün zaman istəyib. Məsələ burasındadı ki, Kuzmanoviç daha çox maaş istəyir və bu da tərəflərin ortaq məxrəcə gəlməsinə maneə törədir. Naxçıvan təmsilçisinin məşqçilər korpusu klub rəhbərliyinə hər bir halda Kuzmanoviçin saxlanılmasının vacibliyini çatdırıb.

Maliyyə məsələsində tərəflər arasında fikir ayrılığı olsa da, bosniyalı futbolçunun yenidən “qırmızı-ağlar”ın formasını geyinəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43