28 Dekabr 2024
Ölkə futbolu

Berti Foqts: “Elə olmasaydı, mən bu gözəl ölkədə işləyə bilməzdim”

Millimizin baş məşqçisi Berti Foqts vergidən yayınması ilə bağlı səslənən ittihamlara aydınlıq gətirib.

Çalışdırıcı bu gün təşkil olunan mətbuat konfransında bunlar deyib:

“Bütün vergilərimi ödəmişəm. Elə olmasaydı, mən bu gözəl ölkədə işləyə bilməzdim. Onu da əlavə edim ki, məndə FİFA müqaviləsidir. Orada hər şey qeyd olunub”.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov  açıqlamasında yığmamısın baş məşqçisi  Berti Foqtsun məcburi sosial sığorta haqqı ödəmək üçün qeydiyyata düşmədiyini bildirmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43