22 Dekabr 2024
İdman

Mayk Taysondan ŞOK açıqlama: “Artıq ölmək üzrəyəm”

Dünya boksunun canlı əfsanəsi Mayk Tayson öz avtobioqrafiyasında maraqlı məqamlara yer verib.

Məhşur boksçu 1997-ci ildə Evander Holifildinin qulağını dişləməsinin səbəbini açıqlayıb:

"Həmin vaxt rəqibim mənə kəllə atmışdı. O anda onu öldürmək istədim. Əsəbləşdim, sanki intizamsız bir əsgərdim və onun qulağını dişlədim".

Tayson bu hərəkətindən sonra ona çoxlu narazılıqların olduğunu deyib:

"Qarşımda 50 insan vardı və mən polislərlə dalaşıb onu tutmaq istəyirdim. Etdiyim hərəkətlərdən sonra isə evimin qarşısında mənə qarşı narazılıqlar oldu. Hətta təhlükəsizliyim üçün güllələr belə atmaq məcburiyyətində qaldıq".

Narkotik və spirtli içkidən isifadə edən Mayk artıq normal həyata dönmək istədiyini deyib:

"Artıq ölmək üzrəyəm, çünki alkoqolikəm. Mən isə ölmək istəmirəm. Bəzən çox pis işlər gördüm. Ancaq daha bağışlanılmaq istəyirəm. Ümid edirəm ki, məni bağışlayarlar. Həyatımı dəyişmək niyyətindəyəm".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43