29 Dekabr 2024
Dünya futbolu

Karlo Ançelotti “El Klassiko” öncəsi nələr dedi?

İspaniya La Liqasında "Real" bu gün səfərdə "Barselona"nın qonağı olacaq.

"El Klassiko"dan öncə Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti mətbuat konfransı keçirib.

"Yaxşı oyun göstərmək istəyiriksə, cəsarətimizi ortaya qoymalıyıq, müdafiəyə oturmamalıyıq. "Barselona" ilə oyunda topa sahib olmaq mümkünsüz olduğundan çalışacağıq ki, əks hücumlarda daha diqqətli çıxaq. Çox həyəcanlıyıq. Azarkeşlərimiz əmin olsun ki, əlimizdən gələnin ən yaxşısını edəcəyik".

"Komanda son oyunlarda yaxşı oyun sərgiləyir. Bilirəm ki, çoxu "Barselona"nı favorit görür. Ancaq bizi də unutmasınlar".

Beyllə bağlı qərar son məşqdə veriləcək.

İtalyan çalışdırıcı oyunun ilk 11-liyini oyunöncəsi son məşqdə müəyyənləşdirəcəyini deyib:

"Əgər mətbuat konfrasından əvvəl məşqə çıxsaydıq, sizə start heyətini deyərdim. İndi heç bir qərar verməmişəm. Son məşq çox vacibdir. Çünki, Beyl haqda dəqiq qərarımı verməliyəm. Bu oyunda Varanı da meydanda görə bilərsiniz".

Yarımmüdafiəni təriflədi.

"Yarımmüdafiədə 3 futbolçumuz son oyunlarda əla çıxış edirlər. Həmin oyunçular meydanda nə edəcəklərini çox gözəl bilirlər".

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43