27 Dekabr 2024
Müsahibə

Azarkeşlərin qınaq obyektivinə çevrilən “Neftçi”li: “Başa düşmürəm ki, mən nə eləmişəm onlara” – MÜSAHİBƏ

"Neftçi"nin futbolçusu Cavid İmamverdiyevin idmanxeber.com saytına müsahibəsi.

– Cavid, nə mane oldu "Simurq"u məğlub edə bilməməyinizə?

Biz ilk hissədə bir neçə qol imkanından istifadə edə bilmədik. İkinci yarıda isə ümumiyyətlə yüz faizlik epizodları sağa-sola xərclədik. Mənim özümün nə qədər qol imkanı oldu. Neynəmək olar… Futboldu, girməyəndə girmir. Düşünürəm ki, yaxşı oynadıq. Düzdü bu nəticədə özünü göstərmədi. Ancaq qarşıdakı turlarda daha yaxşı oynayıb, nəticə qazanacağıq.

– Bu qədər qol imkanından niyə istifadə edə bilmədiz?

Bu təkcə bu oyundan yox, "Qəbələ", "Xəzər Lənkəran"la da oyunlarda xeyli qol imkanlarımız olsa da sonda bəxtimiz gətirmirdi. Bu qismətdi. 

– "Simurq"la oyunlarınız həmişə quru hesabla bitir. Bunun səbəbi nədi?

Çünki "Simurq" mübarizə aparan komandadaır. Onlar bizə hər an çətinlik yarada bilirlər.

– Azarkeşlər sizə qarşı xoşagəlməz şüarlar səsləndirdi. Buna münasibətini bilmək istərdim.

Birinci dəfədir ki, azarkeşlərdən belə sözlər eşidirəm. Başa düşmürəm ki, mən ne ələmişəm ki, azarkeşlərimiz belə edirlər. Onların belə eləməyi mənim oyunuma da təsir edir. Amma azarkeşlərimizə hörmət edirəm. Mən futbolçuyam, onlar azarkeşdilər, nə istəyirlər deyə bilərlər.

– Nazim Süleymanovun debütündə ona qələbə hədiyyə edə bilmədiniz. Qaçırdığın bu qədər qol epizdoundan sonra qarşıdakı turlarda Süleymanovun sənə güvənəcəyini yenidən düşünürsənmi?

İnanıram ki, Nazim Süleymanovun bundan sonra etimadını doğruldacam. Yeni baş məşqçimizdir, Azərbaycan futbolunda həm futbolçu, həm də məşqçi kimi sözünü demiş şəxsdir. Çalışacam ki, onun ümidini doğrulda bilim. Mən özümü doğrultsam, o, da mənə şans verəcək.

Səxavət QURBANOV

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43