Bir zamanlar Rusiyanın “Zenit” və Şotlandiya “Reyncers”i kimi məşhur klubların formasını geymiş 37 yaşlı Fernando Riksen qonaq olduğu verlişlərin birində şok açıqlama verib.
O, bildirib ki, həkimlər ona ölüm diaqnozu qoyublar. Futbolçunun neyronlarında problem var və bu iflicə gətirib çıxarır. Praktikaya görə, bu sağalmaz xəstəliyə düçar olan insanlar 3-5 il ərzində dünyasını dəyişirlər.