29 Dekabr 2024
Kateqoriyasız

Ermənistan millisinin aparıcı futbolçusu: “Bakıda doğulmuşam”

Ermənistan millisinin futbolçusu Yura Movsisyan maraqlı açıqlamaları ilə gündəmə gəlib.

Moskva "Spartak"ında çıxış edən futbolçu 1987-ci ildə Bakıda dünyaya göz açıb. 12 yaşında ABŞ-a köçən Movsisyan, 3 il öncə Ermənistan yığmasında debüt edib.

O, müsahibəsində ABŞ millisindən təklif aldığını deyib:

“Mən  erməniyəm.  Amma  heç vaxt Ermənistanda yaşamamışam. Bakıda doğulmuşam…  Ümumiyyətlə bu haqda danışmaq istəmirəm. Ermənistanla bağlı olmayan mövzularda danışmaq istəmirəm. ABŞ-a köçəndən sonra həyatımda müsbət dəyişikliklər oldu. ABŞ milli komandasında oynamaq imkanım vardı. Ancaq tarixi vətənim olan Ermənistanı seçdim”.

Qeyd edək ki, Yura ABŞ-ın “Real Solt-Leyk”, “Kanzas Siti”, Danimarkanın “Randers” və Rusiyanın “Krasnodar” klublarında çıxış edib. O, 2013-cü ildən Moskva “Spartak”ında çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43