“Böyük oyun”da “Neftçi”yə darmadağın olan “Xəzər Lənkəran” futbolçularına son xəbərdarlıq edilib.
İdmanxeber.com saytının məlumatına görə, rəhbərlik ardıcıl olaraq “Qarabağ” və “Neftçi” ilə oyunlarda göstərilən biabırçı oyuna görə futbolçulara sərt xəbərdarlıq edib. Hətta növbəti turda “Qəbələ” ilə oyunda komanda qələbə qazansa belə buna görə futbolçulara “premya” verilməyəcək.
Bundan əlavə qarşıdakı turda da komanda aşağı səviyyədə çıxış etsə futbolçulara pul cəzası tətbiq ediləcək.