AFFA-nın Berti Foqtsa indidən əvəzləyici axtardığı xəbərləri dolaşır. Namizədlər arasında türk məşqçi Şenol Günəşin də adı olduğu deyilir.
Qrumun baş katibi Elxan Məmmədov bu barədə açıqlama verərək xəbəri təkzib edib:
“Bu təsnifat mərhələsində 9 xal yığıb qrupda dördüncü olduq. Əlbəttə, növbəti mərhələyə keçmək üçün bu, azdır. İcraiyyə komitəsi sonra qərara alacaq. Şenol Güneş haqda sizdən eşidirəm. Bizim Türkiyədən ümumiyyətlə namizədimiz yoxdur. Düzü, yığmanın baş məşqçisi haqda hələ düşünməmişik. Hələ vaxt var”.