Superkubok oyunu zamanı "Xəzər Lənkəran”ın üzvü Mbilla Etame ilə toqquşma zamanı ağır zədə alan "Neftçi”nin üzvü Karlos Kardozonun durumu hələ də yaxşı deyil.
Bu barədə komandanın baş məşqçisi Nazim Süleymanov məlumat verib. Süleymanov bildirib ki, Karlos "Bakı”ya qarşı matçda da forma geyinə bilməyəcək.