30 Dekabr 2024
Ölkə futbolu

RƏSMİ: “Xəzər Lənkəran”da ikisi gəldi, biri getdi – AÇIQLAMA

"Xəzər Lənkəran" "Qəbələ" ilə oyunun hazırlıqlarını davam etdirir.

Cənub klubunun heyətində ciddi itki yoxdur. Sadəcə "Böyük oyun"a da zədəli halda çıxan Rasim Ramaldanov ola bilsin ki, "Qəbələ"ylə matçı buraxsın. Bu barədə idmanxeber.coma klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib.

"Ağ-yaşıllar"ın rəsmisi bildirib ki, əvəzində Nildo və Sakarduelli qismən də olsa zədəsini sağaldıb:

"Rasim Ramaldanov kollektivlə birgə məşqlərdə iştirak edə bilmir. Onun zədəsi var və fərqi məşq edir. Dəqiq bilinmir ki, "Qəbələ" ilə oyunda Rasim oynayacaq, ya yox. Ancaq bir müddətdir ki, zədəli olan Nildo və Skarduelli tam olmasa da bu oyuna çıxmağa hazıdılar. Onlar 20 dəqiqə meydanda mübarizə apara bilərlər".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43