Noyabrın 15-də Tallinn şəhərində Estoniya, noyabrın 19-da isə Bişkek şəhərində Qırğızıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək və bu məqsədlə dünəndən etibarən təlim-məşq toplanışında olan (11-13 noyabr – Bakı, 14-16 noyabr – Tallinn, 17-19 noyabr – Bişkek) Azərbaycan milli komandasının heyətinə daha bir futbolçu qatılıb.
AFFA-nın rəsmi saytına istinadən yaydığımız xəbərə görə, baş məşqçi Berti Foqts “Sumqayıt” klubunun üzvü Vurğun Hüseynova dəvət göndərib.
Qeyd edək ki, almaniyalı mütəxəssis bundan öncə Hüseynovun komanda yoldaşı Fərcad Pərdis-Azadı da milliyə çağırıb.