Bizə daxil olan məlumatda bildirilir ki, Bakıdakı restoranların birində klubun vitse prezidenti Tuyqun Nadirovla Ağasəlim Mircavadovun görüşü olub. Tərəflər onun komandaya yenidən qayıdışını müzakirə ediblər. 10 illik yubileyində qarşısına çempionluq məqsədi qoyan “Xəzər Lənkəran” rəhbərlik mühüm addım atmağı düşünür.
Mircavadovla Nadirovun söhbətində onun komandaya gəlişindən sonra hansı nəticə verəcəyi də müzakirə mövzusu olub. Əldə etdiyimiz məlumata görə, Mircavadovdan qarşısında Avrokuboklara vəsiqə qazanmaq şərti qoyulub.
Amma məlumatda o da bildirilir ki, “Xəzər Lənkəran” rəhbərliyi təkcə Mircavadovla danışıqlar aparmır. Hazırda “Palmali” şirkətinin əməkdaşı Türkiyədə məşqçilərin bir necəsi ilə əlaqə yaradıb. Eyni şərtlər onlara da çatdırılıb.
Yaxın günlərdə “Xəzər Lənkəran”da məşqçi dəyişikliyinin bas verəcəyi realladır.
Publika.az